UEFA açıqladı: "Qarabağ" ev oyunlarını BOS-da keçirəcək

UEFA açıqladı:
Ölkə çempionu "Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının yeri dəyişdirilib.

Sport7.az xəbər verir ki, Ağdam klubu rəqiblərini öncədən açıqlandığı kimi, Tofiq Bəhramov adına Respublika Stadionunda yox, Bakı Olimpiya Stadionunda qəbul edəcək. 

Məlumatı UEFA-nın rəsmi saytı da təsdiqləyib. Belə ki, təmsilçilərimizin ev oyunlarının keçiriləcəyi stadion kimi BOS göstərilib.

Azərbaycan çempionu ilk ev matçında oktyabrın 4-də İngiltərənin "Arsenal” klubunu qəbul edəcək. 

Qeyd edək ki, Avropa Liqasının 2018/19 mövsümünün final oyunu gələn il mayın 29-da məhz Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
 
Sport7.az

Xəbər lenti