UEFA AVRO-2020-nin təxirə salınması üçün 302 milyon avro istəyir

UEFA AVRO-2020-nin təxirə salınması üçün 302 milyon avro istəyir

UEFA Avropa çempionatının təxirə salınması üçün klublardan və liqalardan 275 milyon funt sterlinq (302 milyon avro) tələb edəcək.

Sport7.az xəbər verir ki, qurum AVRO-2020-nin 2021-ci ilə təxirə salınma ehtimalını nəzərdən keçirir.

UEFA bu gün 55 milli assosiasiyanın iştirakı ilə videokonfrans keçirəcək və turnirlə bağlı qərar veriləcək. AVRO-2020 12 iyun - 12 iyulda Avropanın 12 şəhərində təşkil olunmalıdır. Onlar arasında Bakı da var. A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin 1 matçı isə Bakı Olimpiya Stadionunda keçirilməlidir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR