UEFA avrokubok mövsümünün yeni formatını açıqladı - YENİLİKLƏR

UEFA avrokubok mövsümünün yeni formatını açıqladı - YENİLİKLƏR
UEFA avrokubok mövsümü ilə bağlı yeni qərarlarını açıqlayıb.
 
Sport7.az xəbər verir ki, qurum 2018/2019 mövsümünün tam formatını açıqlayıb. Çempionlar Liqası (ÇL) və Avropa Liqasının (AL) buildən qüvvəyə minəcək bütün yeniliklərin detallarına tam aydınlıq gətirilib.

UEFA-nın zəruri saydığı dəyişikliklər hər iki turnirə aiddi.

1. ÇL-a qrup mərhələsindən mübarizəyə başlayan klubların sayı 26-ya çatdırılıb. Bunlardan biri ÇL, biri AL-in son qalibidi. Digər 6 yer isə təsnifat mərhələlərində bəlli olacaq.

2. ÇL-in təsnifat mərhələlərində uduzan bütün komandalar ikinci şans qazanıb, AL-də mübarizə aparacaq.

3. AL-a qrup mərhələsindən mübarizəyə başlayan klubların sayı 17-yə çatdırılıb. Digər 31 yer isə təsnifat mərhələlərində bəlli olacaq.

Bunlardan 10-u ÇL-in III təsnifat mərhələsi və pley-offunda uduzan komandalardı. 21-i isə AL-də iki istiqamət üzrə təsnifatdan – Çempionlar yolu və Liqa yolundan gələcək.

4. İlk dəfə hər iki turnirdə ilkin mərhələ olacaq. ÇL-də 4 komanda bir mini-turnirdə olimpiya sistemi ilə, AL-də iki görüşdən ibarət pley-offla ən yaxşını müəyyənləşdirəcək.

5. Qrup mərhələsinin formatı dəyişməsə də, oyunların başlama saatı dəyişikliyə uğrayacaq. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55 və 23:00-da başlayacaq. Yay vaxtında bu 20:55 və 22:00-a dəyişəcək.

ÇL, qrup mərhələsi

ÇL-in qalibi

AL-ın qalibi

UEFA reytinqində 1-4-cü yerlər - İspaniya, İngiltərə, Almaniya, İtaliya – hərəsi 4 komanda

UEFA reytinqində 5-6-cı yerlər - Fransa, Rusiya – hərəsi 2 komanda

UEFA reytinqində 7-10-cu yerlər - Portuqaliya, Ukrayna, Belçika, Türkiyə - 1 komanda
 
* Əgər Çempionlar Liqasının qalibi öz ölkəsində tutduğu yerə görə 24 vəsiqədən birinə yiyələnsə, UEFA reytinqinin 11-cisi Çexiya da birbaşa qrupda təmsil olunacaq. Əks halda isə sonuncular ÇL-in Çempionlar yolunda oynamalıdı.

* Əgər AL-ın qalibi öz ölkəsindən ÇL-in qrupuna düşübsə, UEFA reytinqinin 5-cisi Fransaya 3-cü yer veriləcək.

* Qrupda bir ölkənin 5-dən artıq komandası ola bilməz.

ÇL, təsnifat mərhələləri

Təsnifat mərhələləri iki istiqamətdə aparılacaq. Öz ölkəsinin çempionu olanlar Çempionlar yolunda, aşağı pillələrlə turnirə düşənlər Liqa yolunda mübarizə aparacaq.

ÇL, təsnifat mərhələləri, Çempionlar yolu

(qrupa 4 vəsiqə)

UEFA reytinqinə 11-ci və daha aşağı pillələrdə qərarlaşan ölkələrin çempionları mübarizə aparacaq. Bu yol ilkin, üç təsnifat və pley-offdan ibarətdi.

İlkin mərhələ: 4 ən aşağı reytinqli ölkənin çempionu mini turnirdə olimpiya sistemi ilə mübarizə aparacaq. Qalib I təsnifat mərhələsinə yüksələcək.

I təsnifat mərhələsi: Mübarizəyə 33 komanda qoşulacaq. İlkin mərhələnin qalibi də onlara qatılır və 17 cüt təşkil edəcək. Azərbaycan çempionu da "33-lük”dən biri kimi yarışa start verəcək.

II təsnifat mərhələsi: Mübarizəyə 3 komanda qoşulacaq. I təsnifat mərhələsinin qalibi ilə birlikdə 10 cüt təşkil edəcək.

III təsnifat mərhələsi: 2 komanda mübarizəyə qoşulacaq və II təsnifat mərhələsinin 10 qalibinə qatılır. 6 cütlük təşkil olunacaq

Pley-off: Mübarizəyə 2 komanda qoşulacaq və III təsnifat mərhələsinin 6 qalibi ilə 4 cüt təşkil edəcək. Bu cütlərin qalibləri qrupa yüksələcək

*İlkin, I, II və III təsnifat mərhələlərində uduzan komandalar AL-a yollanacaq.

Onlar AL-da yeni yaradılar Çempionlar yolunda çıxış edəcək. Pley-offda uduzanlar isə AL-ın qrupunda oynamaq hüququ qazanacaq.

ÇL, təsnifat mərhələləri, Liqa yolu

(qrupa 2 vəsiqə)

Üç mərhələdən ibarət yolda UEFA reytinqinin 5-6-cı ölkəsində 3-cü, 7-15-ci olanların 2-ci komandası burada mübarizə aparacaq.

II təsnifat mərhələsi: 6 komanda 3 cütdə mübarizə aparacaq.

III təsnifat mərhələsi: 5 komanda mübarizəyə qoşulacaq və II təsnifat mərhələsinin 3 qalibi ilə 4 cütlük təşkil edəcək.

Pley-off: III təsnifat mərhələsinin 4 qalibi 2 cütlük təşkil edəcək.

* II təsnifat mərhələsində uduzanlar mübarizəni AL-ın III təsnifat mərhələsində davam etdirəcək.

* III təsnifat mərhələsi və pley-offda uduzanlar AL-ın qrupunda oynamaq hüququ qazanacaq.

AL, qrup mərhələsi

UEFA reytinqində 1-5-ci olanlar – İspaniya, Almaniya, İngiltərə, İtaliya, Fransa – 2 komanda

UEFA reytinqində 6-12-ci olanlar - Rusiya, Portuqaliya, Ukrayna, Belçika, Türkiyə, Çexiya, İsveçrə - 1 komanda

ÇL-in Çempionlar yolunda pley-offda uduzan 4 komanda

ÇL-in Liqa yolunda pley-offda uduzan 2 komanda

ÇL-in Liqa yolunda III təsnifat mərhələsində uduzan 4 komanda

AL, təsnifat mərhələləri

AL təsnifat mərhələləri ilk dəfə iki istiqamətdə keçiriləcək. Bunlar Çempionlar yolu və Liqa yoludu.

AL, təsnifat mərhələləri, Çempionlar yolu

(qrupa 8 vəsiqə)

ÇL-in Çempionlar yolunda uduzan komandalar mübarizə aparacaq.

II təsnifat mərhələsi: ÇL Çempionlar yolunun ilkin və I təsnifat mərhələsində uduzan 20 komanda 10 cütlük təşkil edəcək.

III təsnifat mərhələsi: ÇL-in Çempionlar yolunun II təsnifat mərhələsində uduzan 10 komanda və AL-in Çempionlar yolunun II təsnifat mərhələsinin 10 qalibi 10 cütlük təşkil edəcək.

Pley-off: ÇL-in Çempionlar yolunun III təsnifat mərhələsində uduzan 6 komanda və AL-in Çempionlar yolunun III təsnifat mərhələsinin 10 qalibi 8 cütlük təşkil edəcək. 8 qalib qrupa yüksələcək.

AL, təsnifat mərhələləri, Liqa yolu

(qrupa 13 vəsiqə)

UEFA-ya üzv olan 55 ölkəni təmsil edən komandalar 4 mərhələdə mübarizə aparacaq. ÇL-in Liqa yolunda II təsnifat mərhələsində uduzanlar da bura qoşulacaq.


İlkin mərhələ: 16 komanda 8 cütdə üz-üzə gələcək.

I təsnifat mərhələsi: 86 komanda mübarizəyə qoşulacaq və ilkin mərhələnin 8 qalibi ilə birlikdə 47 cüt təşkil edəcək. Azərbaycanın üç komandası da 86 klub arasına mübarizəyə başlayacaq.

II təsnifat mərhələsi: 27 komanda mübarizəyə qoşulacaq və I təsnifat mərhələsinin 47 qalibi ilə 37 cüt təşkil edəcək.

III təsnifat mərhələsi: 12 komanda mübarizəyə qoşulacaq. ÇL-in Liqa yolunun II təsnifat mərhələsində uduzan 3 komanda, həmçinin AL-in II təsnifat mərhələsinin 37 qalibi çıxış edir. Bu 52 komanda 26 cütdə üz-üzə gələcək.

Pley-off: 26 komanda 13 cütdə oynayacaq. Qaliblər qrupa yüksələcək.

Avrokubokların 2018/19 mövsümünün tam təqvimi

2018

18 iyun

İlkin mərhələlərinin püşkatması

26 iyun

ÇL-də 1-ci ilkin mərhələ

28 iyun

AL-də ilkin mərhələ, ilk oyunlar

29 iyun

ÇL-də 2-ci ilkin mərhələ

2 iyul

I və II təsnifat mərhələlərinin püşkatması

5 iyul

AL-də ilkin mərhələ, caavab oyunları

10/11 iyul

ÇL-də I təsnifat mərhələsi, ilk oyunlar

12 iyul

AL-də I təsnifat mərhələsi, ilk oyunlar

17/18 iyul

ÇL-də I təsnifat mərhələsi, cavab oyunları

19 iyul

AL-də I təsnifat mərhələsi, cavab oyunları

24/25 iyul

ÇL-də II təsnifat mərhələsi, ilk oyunlar

26 iyul

AL-də II təsnifat mərhələsi, ilk oyunlar

27 iyul

III təsnifat mərhələsinin püşkatması

31 iyul/1 avqust

ÇL-də II təsnifat mərhələsi, cavab oyunları

2 avqust

AL-də II təsnifat mərhələsi, cavab oyunları

7/8 avqust

ÇL-də III təsnifat mərhələsi, ilk oyunlar

9 avqust

AL-də III təsnifat mərhələsi, ilk oyunlar

10 avqust

Pley-off mərhələsinin püşkatması

14/15 avqust

ÇL-də III təsnifat mərhələsi, cavab oyunları

16 avqust

AL-də III təsnifat mərhələsi, cavab oyunları

21/22 avqust

ÇL-də pley-off mərhələsi, ilk oyunlar

23 avqust

AL-də pley-off mərhələsi, ilk oyunlar

28/29 avqust

ÇL-də pley-off mərhələsi, cavab oyunları

30 avqust

AL-də pley-off mərhələsi, cavab oyunları

30 avqust

ÇL-də qrup mərhələsinin püşkatması

31 avqust

AL-də qrup mərhələsinin püşkatması

18/19 sentyabr

ÇL-də qrup mərhələsi, I tur

20 sentyabr

AL-də qrup mərhələsi, I tur

2/3 oktyabr

ÇL-də qrup mərhələsi, II tur

4 oktyabr

AL-də qrup mərhələsi, II tur

23/24 oktaybr

ÇL-də qrup mərhələsi, III tur

25 oktyabr

AL-də qrup mərhələsi, III tur

6/7 noyabr

ÇL-də qrup mərhələsi, IV tur

8 noyabr

AL-də qrup mərhələsi, IV tur

27/28 noyabr

ÇL-də qrup mərhələsi, V tur

29 noyabr

AL-də qrup mərhələsi, V tur

11/12 dekabr

ÇL-də qrup mərhələsi, VI tur

13 dekabr

AL-də qrup mərhələsi, VI tur

17 dekabr

ÇL-də 1/8, AL-də 1/16 finalın püşkatması

2019

12/13/19/20 fevral

ÇL-də 1/8 final, ilk oyunlar

14 fevral

AL-də 1/16 final, ilk oyunlar

21 fevral

AL-də 1/16 final, cavab oyunları

22 fevral

AL-də 1/8 finalın püşkatması

5/6/12/13 mart

ÇL-də 1/8 final, cavab oyunları

7 mart

AL-də 1/8 final, ilk oyunlar

14 mart

AL-də 1/8 final, cavab oyunları

15 mart

1/4 finalın püşkatması

9-10 aprel

ÇL-də 1/4 final, ilk oyunlar

11 aprel

AL-də 1/4 final, ilk oyunlar

16/17 aprel

ÇL-də 1/4 final, cavab oyunları

18 aprel

AL-də 1/4  final, cavab oyunları

19 aprel

Yarımfinal və finalın püşkatması

30 aprel/1 may

ÇL-də 1/2 final, ilk oyunlar

2 may

AL-də 1/2  final, ilk oyunlar

7 may/8 may

ÇL-də 1/2 final, cavab oyunları

9 may

AL-də 1/2  final, cavab oyunları

29 may

AL-də final (Bakı)

1 iyun

ÇL-də final (Madrid)

15 avqust

Superkubok (Tallin)

Avroliqanın finalı Bakı Olimpiya Stadionunda, Çempionlar Liqasının həlledici matçı Madriddəki "Metropolitano”da, Superkubok isə Tallininin A.Le Kok Arena stadionunda keçiriləcək.
 
Sport7.az

Xəbər lenti