UEFA-dan Azərbaycana milyonlar gəldi

UEFA-dan Azərbaycana milyonlar gəldi
2018 mövsümündə Azərbaycana 7 milyon 19 min avro (təxminən 14 milyon manat) vəsait ayırıb.

Sport7.az xəbər verir ki, bu barədə qurumun müvafiq dövrü əhatə edən hesabatında bildirilir. Avropa futbol qurumu "HatTrick” layihəsi çərçivəsində AFFA-ya investisya üçün 200 min avro verib. Milli komandalara həmrəylik ödənişi 1 milyon 250 milyon avro təşkil edib. Eyni meyara görə Çempionlar Liqasına vəsiqə qazanan "Qarabağ”a 600 min avro, qitənin ən nüfuzlu klub turnirinə düşə bilməyən digər 7 Premyer Liqa təmsilçisinə isə ümumilikdə 3 milyon 553 min avro ödənilib.

Avropa Liqasının təsnifat mərhələsinə qatılan, lakin qrupa vəsiqə qazana bilməyən klublara isə ümumilikdə 1 milyon 416 min avro paylanılıb.
Qeyd edək ki, ötən mövsüm avrokuboklarda Azərbaycanı 4 klub – "Qarabağ”, "Keşlə”, "Qəbələ” və "Neftçi” təmsil edib. Ağdam təmsilçisi Çempionlar Liqasında mübarizəni dayandırsa da, Avropa Liqasında qrupa düşüb. Digər 3 kollektiv isə çxışlarını Avropa Liqasının təsnifat mərhələsində başa vurublar. (Report)
 

Xəbər lenti