UEFA-dan hakimlərimizə Avroliqa təyinatı

UEFA-dan hakimlərimizə Avroliqa təyinatı

FİFA referilərimiz UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin oyunlarına təyinat alıb. Sport7.az xəbər verir ki, bunlar Əliyar Ağayev, Orxan Məmmədov və Rəhim Həsənovdur. 

Ağayev Bolqarıstanda keçiriləcək yerli "Slaviya" ilə "Zaqlebiya"nın matçında fit çalacaq. Orxan Məmmədov isə Samir Məsimovun çıxış etdiyi "Domjale"nin Sloveniyada "Lusitans"la oyununu idarə edəcək. Digər FİFA referimiz Rəhim Həsənov isə "Birkirkara” – "Şiroki Briyeq” qarşılaşmasında ədati qoruyacaq.


30 iyun

"Slaviya” (Bolqarıstan) – "Zaqlebiya” (Polşa)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəhim Həsənov
 
"Domjale” (Sloveniya) – "Lusitans” (Andorra)
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mübarizə Haşımov, Ömər Paşayev
 

5 iyul

"Birkirkara” (Malta) – "Şiroki Briyeq” (Bosniya və Herseqovina)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Rauf Cabbarov

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR