UEFA-dan Mahir Emreli ilə bağlı açıqlama

UEFA-dan Mahir Emreli ilə bağlı açıqlama

UEFA Millətlər Liqasında 1-ci turun Lüksemburqla ev oyununda birbaşa qırmızı vərəqə alaraq cəzalandırılmış Azərbaycan yığmasının futbolçusu Mahir Emreli ilə bağlı qərarı gələn həftə verəcək. 

Sport7.az xəbər verir ki, bu barədə qitə futbol qurumundan http://Report.az-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, 23 yaşlı hücumçunun məsələsinə UEFA Nizam-İntizam Komitəsinin sentyabrın 22-dəki iclasında baxılacaq. Qərar qəbul olunduqdan bir neçə gün sonra ictimaiyyətə açıqlanacaq.

Emreli Lüksemburqla görüşün 26-cı dəqiqəsində rəqibi vurduğu üçün meydandan qovulub. "Qarabağ"ın futbolçusu bu səbəbdən Millətlər Liqasının II turunda Kiprlə səfər matçını avtomatik buraxıb. Azərbaycan yığması Lüksemburqa 1:2 hesabı ilə uduzsa da, Kipri yenməyi bacarıb - 1:0. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR