UEFA-dan “Qarabağ”a nə qədər pul verilib?

UEFA-dan “Qarabağ”a nə qədər pul verilib?
UEFA-nın Azərbaycan klublarına ayırdığı vəsaitin məbləği açıqlanıb.

Sport7.az xəbər verir ki, bu barədə AFFA-nın maliyyə hesabatında məlumat yer alıb.
 
Məlum olub ki, ötən il Avropa futbol qurumu Azərbaycan klublarına 37 milyon 48 min 16 manat maliyyə ayırıb. Bunun 33 milyon 350 min 68 manatı Çempionlar Liqasında çıxış etmiş "Qarabağ"ın payına düşür.
 
Avropa Liqasında çıxış edən "Qəbələ" 1 milyon 570 min 640 manat, "Zirə" 996 min 626 manat, "Keşlə" 858 min 484 manat, "Neftçi" və "Kəpəz" 202 min 957 manat, "Sumqayıt" və "Şüvəlan" 138 min 142 manat əldə edib.
 
Sport7.az

 
 

Xəbər lenti