UEFA-dan tarixi qərar:

UEFA-dan tarixi qərar: "Liverpul" - "Çelsi" finalını qadın hakim idarə edəcək

UEFA Superkuboku uğrunda oynanılacaq "Liverpul" - "Çelsi" matçını idarə edəcək hakimin adına aydınlıq gəlib.

UEFA həlledici görüşü Stefani Frappara həvalə edib. Ona Manuela Nikolozi və Mişel O'Nil köməklik edəcək. Beləliklə, tarixdə ilk dəfə kişilərin avrokubok matçında qadın hakim fit çalacaq.

Frappar qadın futbolçular arasında keçirilən son dünya çempionatının finalını (ABŞ - Hollandiya) idarə etmişdi. Həmçinin 35 yaşlı hakim ötən mövsüm Fransa Liqa 1-də debüt edib.

Qeyd edək ki, "Liverpul" - "Çelsi" görüşü avqustun 14-də İstanbulda yerləşən "Vodafon Park" arenasında oynanılacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR