UEFA Çempionlar Liqasında yeni mövsümün təqvimini açıqladı

UEFA Çempionlar Liqasında yeni mövsümün təqvimini açıqladı

UEFA Çempionlar Liqasında 2021/2022 mövsümünün təqvimini açıqlayıb.

Sport7.az xəbər verir ki, qitənin 1 nömrəli klub turnirində yeni mövsümə iyunun 22-də ilkin mərhələnin yarımfinal oyunları ilə start veriləcək. 3 gün sonra bu raundun final matçı baş tutacaq.

Birinci təsnifat mərhələsinin görüşləri 6-7 və 13-14 iyulda, ikinci raundun matçları 20-21 və 27-28 iyulda oynanılacaq. Üçüncü təsnifat mərhələsində ilk oyunlar 3-4 avqustda, cavab qarşılaşmaları 10 avqustda keçiriləcək. Pley-off mərhələsinin görüşləri isə 17-18 və 24-25 avqustda olacaq.

Çempionlar Liqasında qrup mərhələsi 14-15 sentyabrda birinci turun oyunları ilə başlayacaq.

Çempionlar Liqası, 2021/2022 mövsümü

İlkin mərhələ

22 iyun: Yarımfinal
25 iyun: Final
6-7 və 13-14 iyul: Birinci təsnifat mərhələsi
20-21 və 27-28 iyul: İkinci təsnifat mərhələsi
3-4 və 10 avqust: Üçüncü təsnifat mərhələsi
17-18 və 24-25 avqust: Pley-off mərhələsi

Qrup mərhələsi

14-15 sentyabr: Birinci tur
28-29 sentyabr: İkinci tur
19-20 oktyabr: Üçüncü tur
2-3 noyabr: Dördüncü tur
23-24 noyabr: Beşinci tur
7-8 dekabr: Altıncı tur

Pley-off 

2022-ci il

15-16, 22-23 fevral və 8-9, 15-16 mart: 1/8 final mərhələsi
5-6 və 12-13 aprel: 1/4 final mərhələsi
26-27 aprel və 3-4 may: Yarımfinal mərhələsi
28 may: Final

Çempionlar Liqasında 2021/2022 mövsümünün finalı Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR