UEFA geri addım atdı

UEFA geri addım atdı
UEFA prezidenti Aleksandr Çeferin klubları sevindirəcək açıqlama ilə çıxış edib.

Sport7.az xəbər verir ki, UEFA klublara tətbiq etdiyi sərt maliyyə feyr-pleyi tələblərini yumşaltmağı qərara alıb.

Bu barədə Çeferin İtaliyadakı müsahibəsində danışıb.

Sitat: "Bilirik ki, bu tələb klublar üçün qorxulu yuxuya çevrilmişdi. Onlar istədikləri transferləri edə bilmirdilər. Artıq onları bir qədər sevindirmək lazımdı. Yetərli qədər maliyyəsi olduğunu isbatlayanlar və bunun "çirkli pullar” olmadığını sübut edənlər üçün məhdudiyyət olmayacaq”.

Bu xəbərdən ən çox Türkiyə nəhəngləri sevinəcək. Çünki son illərdə qazancı azalan İstanbul nəhəngləri yetərli transferlər edə bilmirdilər.

Sport7.az

Xəbər lenti