UEFA həftənin oyunçusu adına namizədlərin adlarını açıqladı

UEFA həftənin oyunçusu adına namizədlərin adlarını açıqladı

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Sport7.az xəbər verir ki, bu ada "Mançester Siti"dən Kevin De Brüne, "Real"dan Vinisius Junior, PSJ-dən Kilian Mbappe və "Çelsi"dən Jorjinyo iddia edir.

De Brüyne "Borussiya" (Dortmund) klubunu 2:1 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib. Jorjinyo Portuqaliyada "Portu"nu 2:0 hesabı ilə yendikləri matçda məhsuldar ötürmə ilə yadda qalıb.

Vinisius Junior "Liverpul" üzərində 3:1 hesablı qələbə qazandıqları, Mbappe isə "Bavariya"nı 3:2 məğlub etdikləri qarşılaşmada dubl edib.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR