UEFA İcraiyyə Komitəsi iclasının gündəliyi açıqlandı

UEFA İcraiyyə Komitəsi iclasının gündəliyi açıqlandı

UEFA İcraiyyə Komitəsinin növbəti iclası Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. 
 
Sport7.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 
 
Xəbərə görə, toplantı sentyabrın 24-də gerçəkləşəcək.  

İcraiyyə Komitəsinin gündəliyinə daxil olan əsas məsələlər bunlardır: 

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin təqvimi 
2020/2021 mövsümü üzrə Millətlər Liqasında final mərhələsinin püşkatma proseduru və təqvimi
2020/2021 mövsümündə UEFA Gənclər Liqasının formatı və təqvimi
"UEFA Grassroots mükafatları - 2020"
Müxtəlif UEFA komitələrinin hesabatları 

İcraiyyə Komitəsinin iclasında sonra UEFA prezidenti Aleksander Çeferinin mətbuat konfransı nəzərdə tutulub.

Koronavirus səbəbindən az sayda jurnalistə icazə veriləcək və konfrans UEFA-nın rəsmi saytında canlı yayımlanacaq. 
 
Qeyd edək ki, eyni gündə "Puşkaş Arena"da Almaniyanın "Bavariya" və İspaniyanın "Sevilya" komandaları arasında keçiriləcək UEFA Super Kuboku ərəfəsində baş tutacaq. 
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR