UEFA kuboku: “Araz” qələbə ilə başladı

UEFA kuboku: “Araz” qələbə ilə başladı
Futzal üzrə UEFA kubokunun əsas mərhələsində Azərbaycan çempionu "Araz” bu gün ilk oyununu keçirəcək.

Sport7.az xəbər verir ki, təmsilçimiz Bakı vaxtı ilə saat 17:30-da Rumıniyanın Deva şəhərindəki idman kompleksində Bosniya və Herseqovinanın "Mostar” komandası ilə qarşılaşacaq. 

Oyunu Tomasz Frak (Polşa), Kiril Naişouler (Finlandiya) və Şota Kukhilavadan (Gürcüstan) ibarət hakimlər briqadası idarə edəcək.

"Araz”ın heyətini diqqətinizə çatdırırıq:
1. Rövşən Hüseynli (q), 12. Emin Kürdov (q), 5. Qabriel Bastos, 6. Eduardo Borges, 15. Karvalho dos Santos, 10. Maykon da Silva, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 3. Teles Thaqo, 11. Xətai Bağırov, 17. İsa Atayev, 18. Ramil Quliyev, 9. Oktay Rüstəmli.
 
UEFA kuboku, əsas mərhələ

VIII qrupu

I tur

11 oktyabr

17:30. "Araz” (Azərbaycan) - "Mostar” (Bosniya və Herseqovina) - 5:2 
Qollar: Bolinya, 1 (1:0), Veşiç, 15 (1:1), Xətai Bağırov, 16 (2:1), Maykon da Silva, 20 (3:1), İsa Atayev, 21 (4:1), Maykon da Silva, 26 (5:1), Aladziç, 35 (5:2)

 
Sport7.az

Xəbər lenti