UEFA kuboku: "Araz"ın ikinci qələbəsi- YENİLƏNİB

UEFA kuboku:
Bu gün futzal üzrə Azərbaycan çempionu "Araz” UEFA kubokunun əsas mərhələsində ikinci görüşünü keçirəcək.

Sport7.az xəbər verir ki, təmsilçimiz Maltanın "Sent Endryu” komandası ilə qarşılaşacaq. 

Qeyd edək ki, qrupun digər matçında "Deva” (Rumıniya) və "Mostar” (Bosniya və Hersoqovina) komandaları üz-üzə gələcək.
 
Xatırladaq ki, "Araz" ilk oyununda Bosniya və Herseqovinanın "Mostar” klubuna 5:2 hesabı ilə qalib gəlib. 

12 oktyabr 

UEFA kuboku, əsas mərhələ

VIII qrup

II tur

17:30. "Sent Endryus” (Malta) – "Araz” (Azərbaycan) 4:6
 
Sport7.az

Xəbər lenti