UEFA Kubokunda

UEFA Kubokunda "Qalatasaray"a uduzan "Arsenal"ın futbolçuları indi nə işlə məşğuldu? - DOSYE

Avrokubokların finalları baxımından "Arsenal"ı şanssız komanda hesab etmək olar. "Topçular"ın məşhur final məğlubiyyətlərindən biri də 2000-ci ilə təsadüf edir. Onda "Arsenal" UEFA Kubokunun finalında penaltilər seriyası sonunda "Qalatasaray"a məğlub olaraq, titulu əldən vermişdi. Aradan 19 il keçir. Bəs, görəsən, London klubunun həmin heyətinin üzvləri indi nə işlə məşğuldular?
 
1. Devid Simen. İngilis futbolunun ən önəmli əlcək sahiblərindən olan Simen "Arsenal"dan ayrıldıqdan sonra bir il "Mançester Siti"də çıxış edib. 55 yaşlı sabiq qolkiper hazırda "GamePlan Solutions" adlı təşkilatın spikerlərindən biridi.
 


2. Silvinyo. "Arsenal"ı tərk etdikdən sonra yolu "Selta", "Barselona" və "Mançester Siti"yə düşən braziliyalı yaxın günlərdə "Lion" klubuna baş məşqçi təyin olunub.
 


3. Toni Adams. Aşağı yaş qruplarında futbolun sirlərini öyrəndiyi "Arsenal"ın formasını 21 il ərzində 368 dəfə geyən Adams 2000-ci ildə "Qalatasaray"la oynanılan final matçında real qol epizodundan faydalana bilməmişdi. Kapitanın yolu Azərbaycana da düşüb. 2010-cu ilin yayında ölkəmizdəki fəaliyyətinə baş məşqçi kimi başlayan ingiltərəli 2011-ci ilin noyabrınadək "qırmızı-qaralar"ın "sükanı arxasında" olub. Bu müddətdə komandanı 47 rəsmi matça çıxaran Adams 2012-ci ilin aprelindən futbol direktoru təyin olunanadək "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərovun müşaviri vəzifəsində fəaliyyət göstərib. Adamsın məşqçi kimi son iş yeri İspaniyanın "Qranada" klubu olub.
 


4. Martin Kioun. "Arsenal"la birlikdə Kubok Qalibləri Kuboku (1), Premyer Liqa (3) və FA Kuboku (4) kimi turnirlərin qalibi olan Kioun hazırda televiziya kanallarında mütəxəssis kimi çalışır.
 


5. Li Dikson. 1987-88 mövsümündə qoşulduğu "Arsenal"ın formasını təqaüdə çıxdığı 2002-ci ilə qədər tərlədən Dikson televiziya kanallarında mütəxəssis işləyir.
 
 
6. Emmanyuel Peti. Bir çox sabiq komanda yoldaşı kimi, 2000-01 mövsümünün əvvəllərində "Arsenal"dan ayrıldıqdan sonra "Barselona" və "Çelsi"də çıxış edən fransız futbolçu da televiziyada futbol mütəxəssisi kimi fəaliyyət göstərir.
 


7. Rey Parlor. Akademiyasında yetişdiyi "Arsenal"da 13 il forma geydikdən sonra "Midlsbro", "Hall Siti" və "Uembli" kimi komandalara üz tutan Parlor TV şərhçisidi.
 


8. Patrik Vieyra. Karyerası boyunca 1 dünya çempionluğu, 1 Avropa çempionluğu və 1 Çempionlar Liqası kuboku olmaqla, ümumilikdə 22 titul qazanan fransız ulduz hazırda Liqa 1-də çıxış edən "Nis"in baş məşqçisidi.
 


9. Mark Overmars. 2000-01 mövsümünün əvvəllərində "Arsenal"ı tərk etdikdən sonra zədələrdən əziyyət çəkən və karyerasını 2011-ci ildə bitirən Overmars "Ayaks"ın futbol direktorudu.
 


10. Dennis Berxkamp. 1995-ci ildə transfer olduğu "Arseanl"ın formasını karyerasını bitirdiyi 2006-cı ilə qədər geyən hollandiyalı hazırda "Almere Siti"nin U-21 komandasında məşqçi kimi çalışır.
 


11. Tyerri Anri. "Arsenal"da unudulmaz iz qoyan fransız futbolçu 2015-ci ildə ABŞ-da professional karyerasına son qoyub. Anri baş məşqçi kimi "Monako"nu çalışdırıb. Həmçinin o, Belçika millisinin baş məşqçisi Roberto Martinesin köməkçisidi.
 


12. Nvankvo Kanu. 2004-05 mövsümü ərəfəsində "Arsenal"ı tərk etdikdən sonra İngiltərədə "Vest Bromviç" və "Portsmut"da çıxış edən Kanu 2012-ci ildə karyerasını bitirib. O, hazırda "Kanu Heart Foundation" adlı xeyriyyə təşkilatının rəhbəridi.
 


13. Davor Şuker. Xorvatiya futbolunun əfsanəsi, DÇ-1998-in bombardiri Davor Şuker Xorvatiya Futbol Federasiyasının prezidentidi.
 


Mənbə: NTV Spor

Tərcümə və əlavələr: Rüfət Məcid (Sport7.az)

OXŞAR XƏBƏRLƏR