UEFA Macarıstan yığmasının şikayətini rədd etdi

UEFA Macarıstan yığmasının şikayətini rədd etdi

UEFA Apelyasiya Komissiyası AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Macarıstan yığmasının müraciətinə baxıb.

Sport7.az xəbər verir ki, qurum macarların şikayətini rəsmən rədd edib.

Nəticədə Nəzarət, Etika və İntizam Komissiyasının sentyabrın 9-da keçirilmiş Macarıstan – Slovakiya oyunu (1:2) ilə bağlı qərar qüvvədə saxlanılıb.

Bu o deməkdir ki, Macarıstan yığması seçmə mərhələdəki növbəti ev oyununu tamaşaçısız keçirəcək. Həmin cəza Azərbaycanla oktyabrın 13-də Budapeştdə baş tutacaq matça təsadüf edəcək. Macarıstan Futbol Federasiyasına verilən 67 min 125 dollarlıq cərimənin məbləği də dəyişməz qalıb.

Belə cəzaya azarkeşlərin irqçi şüarları səbəb olmuşdu.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR