Millimizdən böyükhesablı qələbə - YENİLƏNDİ

Millimizdən böyükhesablı qələbə - YENİLƏNDİ
UEFA Millətlər Liqasında yığmamız növbəti oyununu keçirəcək.

Sport7.az xəbər verir ki, D liqasında 3-cü qrupda yer alan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 3-cü tur çərçivəsində Farer adaları yığmasının qonağı olacaq. Paytaxt Torshavnda "Torsvollur” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Azərbaycan komandası UEFA-nın yeni təsis etdiyi turnirin ilk iki oyununda qələbə qazana bilməyib. Milli evdə Kosovo (0:0), səfərdə isə Malta ilə heç-heçə edib (1:1). Farer adaları isə doğma meydanda maltalıları məyus etdiyi halda (3:1), Kosovoda uduzub (0:2).

Turun digər oyunun Kosovo Maltanı qəbul edəcək. Bu görüş Farer adaları – Azərbaycan matçı ilə eyni vaxtda start götürəcək.

Millətlər Liqası

D Liqası, 3-cü qrup

3-cü tur

22:45. Farer adaları - Azərbaycan 0:3 
Qol: Riçard Almeyda, 28, 86-pen, Dmitri Nazarov, 68
 
Farer adaları: 1. Qunnar Nilsen, 3. Vilyormur Davidsen, 4. Atli Qreqersen (k), 6. Hallur Hansson, 7. Kay Leo Bartalsstovu, 8. Brandur Hendriksson Olsen, 9. Gilli Rolantsson Sorensen, 10. Finnur Yustinussen, 14. Yohan Simun Edmundsson, 15. Odmar Feryo, 16. Rene Şaki Yönsen

Ehtiyat oyunçular: 12. Teytur Matras Gestsson, 23. Kristian Yönsen, 2. Maqnus Eqilsson, 11. Heyni Vatnsdal, 13. Aleks Mellemqar, 17. Qunnar Vatnamar, 19. Roqvi Baldvinsson, 20. Eli Falkvard Nilsen, 21. Klemint Andrasson Olsen, 22. Pol Yohannus Yustinussen

Azərbaycan: 1. Kamran Ağayev (k), 5. Maksim Medvedev, 19. Rahil Məmmədov,  22. Bədavi Hüseynov,  4. Pavel Paşayev, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 17. Mahir Mədətov, 13. Dmitri Nazarov, 7.Araz Abdullayev,  16. Rüfət Dadaşov

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədliyev, 23. Səlahət Ağayev, 3. Ürfan Abbasov, 6. Bəxtiyar Həsənalızadə, 8. Emin Mahmudov, 9. Namiq Ələsgərov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 18. Məhəmməd Mirzəbəyov, 21. Təmkin Xəlilzadə


Baş hakim: Aleksey Yeskov, Dmitri Mosyakin, Anton Averyanov, Valeri Dançenko, Mixail Vilkov, Sergey Lapoçkin (hakimlər briqadası Rusiyadandır)
Hakim-inspektor: Salustia Çato Çipres (Andorra)
UEFA nümayəndəsi: İonel Piskanu (Rumıniya)
Torshavn. "Torsvollur” stadionu
 
Sport7.az

Xəbər lenti