UEFA millimizin Monteneqro ilə matçının yerini dəyişdi

UEFA millimizin Monteneqro ilə matçının yerini dəyişdi

UEFA Azərbaycan yığmasının Millətlər Liqasının V turunda Monteneqroya qarşı keçirəcəyi oyunun yerini dəyişdirib.

Sport7.az xəbər verir ki, qarşılaşma noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki "Ivan Laljak-Ivić” stadionunda gerçəkləşəcək.

UEFA daha əvvəl oyunun Xorvatiyanın paytaxtı Zaqrebdəki Maksimir stadionunda keçiriləcəyini bildirmişdi. Azərbaycan yığması ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandanın 4-cü turda Kiprlə qolsuz heç-heçə etdiyi görüş Albaniyanın Elbasan şəhərində gerçəkləşib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR