UEFA mövsümün ən yaxşısı adına namizədləri açıqladı - Nə Messi var, nə Ronaldo

UEFA mövsümün ən yaxşısı adına namizədləri açıqladı - Nə Messi var, nə Ronaldo

UEFA 2019/2020 mövsümünün ən yaxşı futbolçu və baş məşqçisi adına namizədləri açıqlayıb. 

Sport7.az xəbər verir ki, Almaniya "Bavariya"sından Manuel Noyer ilə Robert Levandovski, İngiltərə  "Mançester Siti”sindən isə Kevin de Brüyne ən yaxşı oyunçu adına namizəddir. 

"Bavariya"nın baş məşqçisi Hans Flik, "Leyptsiq”ə rəhbərlik edən Yulian Nagelsman və İngiltərə "Liverpul"undan Yurgen Klopp ən yaxşı baş məşqçi nominasiyasında iddialıdır. 

Qadın futbolçulardan Lyusi Bronz ("Mançester Siti", İngiltərə) Pernil Harder ("Çelsi", İngiltərə) və Vendi Renar ("Lion" Fransa) namizədlər sırasındadır. . 

Qadın komandaların baş məşqçiləri arasında isə Lluis Kortes ("Barselona”, İspaniya), Stefan Lerş ("Volfsburq”, Almaniya) və Jan-Lyuk Vasser ("Lion”) bu ada iddia edir.

Qaliblər oktyabrın 1-də Çempionlar Liqasının püşkatma mərasimində açıqlanacaq. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR