UEFA

UEFA "Neftçi"ni cərimələdi

"Neftçi” UEFA tərəfindən 40 min avro dəyərində cərimələnib.
 
Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Buna səbəb UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin avqustun 8-i "Bakcell Arena”da keçirilmiş "Neftçi” – "Bney Yehuda” oyununda (2:2) azarkeşlərin meydana kənar əşyalar tullaması olub.

Xatırladaq ki, avqustun 15-i "Ha Moşava” stadionunda baş tutmuş cavab matçında 1:2 hesabı ilə məğlub olan komandamız Avropa Liqasında mübarizəni dayandırmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR