UEFA-nın sorğusunda Hacı Ronaldonu geridə qoydu

UEFA-nın sorğusunda Hacı Ronaldonu geridə qoydu
UEFA-nın rəsmi "Tvitter" hesabı 5 fevralda anadan olan dünyaca məşhur futbol ulkduzları ilə bağlı sorğu keçirib.
 
Sport7.az xəbər verir ki, Kristiano Ronaldo (34), Karlos Tevez (35), George Hacı (54) və Neymarı (24) adları yer alan anketdə "Favoritiniz hansıdı" sualına 210 min 998 cavab yazılıb. 
 
Verilən cavablardan 46 faizi Hacının xeyrinə olub. Kristiano isə 41 faizlə ikinci olub. Neymar 9 faizlə üçüncü, Tevez isə 4 faiz səslə son sırada yer alıb.
 
Sport7.az

Xəbər lenti