UEFA nümayəndələri Bakıya gəldi

UEFA nümayəndələri Bakıya gəldi
Avropa Liqasının 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya sonuncu – 5-ci işgüzar səfəri başlayıb.
 
Sport7.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Fevralın 15-dək davam edəcək səfər proqramında UEFA-nın 57 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik, marketinq, media  və sair  məsələlərlə yerində tanış olacaq, fikir mübadiləsi aparılacaq.
 
Sport7.az

Xəbər lenti