UEFA

UEFA "Qalatasaray"ı cəzalandırdı

UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunda keçirilən "Borussiya" - "Qalatasaray" oyununda baş verən hadisələrlə bağlı qərarını açıqlayıb. 

Sport7.az xəbər verir ki, İstanbul təmsilçisi 70 min avro məbləğində cəzalandırılıb. Buna səbəb "Cim Bom"un azarkeşlərinin "Siqnal İduna Park"dakı  meydançaya fişənglər atmasıdır. 

Qeyd edək ki, "Borussiya" - "Qalatasaray" oyunu 4:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR