UEFA qaydaları sərtləşdirir

UEFA qaydaları sərtləşdirir

UEFA yaxın vaxtlarda maliyyə "feyr-pley"i qaydalarını sərtləşdirə bilər. 
 
Sport7.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
 
Xəbərə görə, Avropa futbol qurumu mövcud qaydalar üzərində işləmək niyyətindədir. Buna əsasən qitə klubları futbolçu transferi üçün bütün lazımi məbləği maksimum 3 il ərzində ödəməlidirlər. Nəzərdə tutulan addım qüvvəyə minsə, klubların maliyyə feyr-pleyinin tələblərini yerinə yetirməsi çətinləşəcək. 

Qeyd edək ki, Fransanın PSJ klubu 2017-ci ildə Neymarı İspaniya "Barselona"sından 222 milyon avroya transfer edib. Lakin maliyyə sənədlərində bu məbləğ 5 ilə bölünüb. Beləliklə, UEFA hər il Kataloniya təmsilçisinin xəzinəsinə 44,4 milyon avronun köçürüldüyünü nəzərə alır. 

Azərbaycan klublarından "Keşlə" mailyyə "feyr-pley"i qaydalarını pozduğu üçün 2015-ci ildə cəzalandırılıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR