UEFA

UEFA "Qəbələ" - "Panatinaikos" matçının yerini dəyişdi

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" və "Qarabağ" püşkatmanın nəticəsinə görə pley-off mərhələsi çərçivəsində rəqiblərinə qarşı ilk oyununu səfərdə keçirməli idi. Sport7.az xəbər verir ki, bir həftə sonra isə təmsilçilərimiz rəqiblərini evdə qəbul edəcəkdi.

Bu da qaydalara ziddi. Belə ki, qitənin ali futbol qurumu bir gündə eyni şəhərdə iki oyunun keçirilməsinə icazə vermir. Bunun üçün də "Qəbələ" - "Panatinaikos" arasınada keçiriləcək ilk matçın yeri dəyişdirilib. UEFA-nın qərarına görə, Roman Qriqorçukun yetirmələri Yunanıstan klubuna qarşı ilk matçı Bakıda keçirəcək. 

Qeyd edək ki, komandalar arasında ilk oyun avqustun 20-də, cavab matçı isə 1 həftə sonra baş tutacaq. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR