"UEFA "Real"ın 1/8 finalda "Mançester Siti"ni mübarizədən kənarlaşdırmasını istəyir" - Qari Nevill

"Mançester Yunayted"in sabiq müdafiəçisi, futbol eksperti Qari Nevill UEFA-nın "Mançester Siti"ni iki mövsümlük avrokuboklardan uzaqlaşdırmasına münasibət bildirib:

"Məncə, "Mançester Siti" maliyyə feyr-pleyi ilə bağlı məsələni həll edəcək. UEFA-nın hər şeyi düzgün etdiyinə dair inamım yoxdu. Mən onlara ümumiyyətlə inanmıram. Düşünürəm ki, UEFA təsadüfi sanksiyalar tətbiq edən, ümidsiz təşkilatdı. Məncə, "Mançester Siti" apellyasiyanı udacaq. Bəli, klub uzun müddət məhkəmələrdə ilişib qalacaq, amma sonda qələbə qazanan tərəf onlar olacaqlar.

UEFA "Real"ın Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti"ni mübarizədən kənarlaşdırmasını istəyir. UEFA-nın İstanbulda (bu il Çempionlar Liqasının finalının keçiriləcəyi şəhər - Sport7.az) ÇL kubokunu "Mançester Siti"yə təqdim edəcəyinə inanırsınızmı? Oyundan sonra Quardiolaya ilk olaraq bu tip suallar veriləcək: "Düzgün yollarla qələbə qazandınız?"; "Sizcə, bu turnirdə qələbəyə layiq idiniz?" Məncə, UEFA ya "Siti"ni indi Çempionlar Liqasından kənarlaşdırmalı idi, ya da məsələni mövsümün sonuna saxlamalı idi".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR