UEFA reytinqində irəlilədik

UEFA reytinqində irəlilədik

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.
 
Sport7.az xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində Moldova "Şerif"ini 2:1 hesabı ilə məğlub etməsindən sonra bu irəliləyiş mümkün olub.
 
Aktivinə 0,375 xal yazan Azərbaycan 15.125 xalla 26-cı yerdən 25-ci pilləyə yüksəlib. Bu irəliləyişə Rumıniyanın Çempionlar Liqasındakı təmsilçisi ÇFR-in Xorvatiya "Dinamo"su (Zaqreb) ilə 2:2 hesablı heç-heçə etməsi də kömək edib.
 
Xatırladaq ki, "Qarabağ" III təsnifat mərhələsindəki rəqibi avqustun 31-dəki püşkatmada müəyyənləşəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR