UEFA:

UEFA: "Səhvə görə üzr istəyirik"

Bu il təxirə salınan Avro-2020-nin adı hələ tam müəyyənləşməyib.
 
Sport7.az xəbər verir ki, bu barədə UEFA-nın "Tvitter" səhifəsi məlumat yayıb.
 
Qurum bildirib ki, ötən gün "Tvitter”də qitə birinciliyinin 2021-ci ildə keçirilməsinə baxmayaraq, elə Avro-2020 adlandırılacağı xəbəri yanlışdır:

"Buraxılmış səhvə görə üzr istəyirik. Təxirə salınmış Avropa çempionatının necə adlanacağı ilə bağlı hələ heç bir qərar verilməyib. Əvvəlki tvit səhvən yazılmışdı".
 
Qeyd edək ki, UEFA koronavirus pandemiyası ilə əlaqədar "Avro-2020”ni gələn ilin yayına kimi təxirə salıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR