Uels yığmasının Azərbaycanla oyun üçün heyəti (SİYAHI)

Uels yığmasının Azərbaycanla oyun üçün heyəti (SİYAHI)

Uels millisinin Azərbaycan və Macarıstan yığmaları ilə keçirəcəyi AVRO-2020-nin seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb. 

Sport7.az xəbər verir ki, baş məşqçi Rayan Giqqz qarşıdakı matçlara 27 futbolçu çağırıb. 
 
Siyahıda yer alan futbolçuların adlarını təqdim edirik:

Qapıçılar: Ueyn Hennessi ("Kristal Pelas", İngiltərə), Denni Uord ("Lester", İngiltərə), Adam Devis ("Stok Siti", İngiltərə)

Müdafiəçilər: Ben Deyvis ("Tottenhem", İngiltərə), Neyl Teylor ("Aston Villa", İngiltərə), Ceyms Lourens ("Anderlext", Belçika), Konnor Roberts ("Suonsi"), Kris Mefam ("Bornmut", İngiltərə), Tom Lokyer ("Çarlton", İngiltərə), Kris Qanter ("Redinq", İngiltərə), Reqan Pul ("Milton Keys Dons", İngiltərə)

Yarımmüdafiəçilər: Co Allen ("Stok Siti", İngiltərə), Etan Ampadu ("Leyptsiq", Almaniya), Uill Volks ("Kardiff Siti"), Mettyu Smit ("Kuinz Park Reyncers", İngiltərə), Aaron Remsi ("Yuventus", İtaliya), Co Morrell ("Linkoln", İngiltərə), Dilan Levit ("Mançester Yunayted", İngiltərə)

Hücumçular: Harri Uilson ("Bornmut", İngiltərə), Daniel Ceyms ("Mançester Yunayted", İngiltərə), Tom Lourens ("Derbi", İngiltərə), Robbi Matondo ("Şalke", Almaniya), Qaret Beyl ("Real Madrid", İspaniya), Tayler Roberts ("Lids", İngiltərə), Kiffer Mur ("Uiqan", İngiltərə), Sem Vouks ("Stok Siti", İngiltərə)

Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da başlayacaq. Macarıstanla qarşılaşma isə noyabrın 19-da "Kardiff Siti" stadionunda təşkil olunacaq. 
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR