Uelsin mətbuat konfransında biabırçılıq - (VİDEO)

Uelsin mətbuat konfransında biabırçılıq - (VİDEO)

Uelsin baş məşqçisi Rayan Giqqz və komandanın kapitanı Qaret Beylin millimizlə oyun öncəsi keçirilmiş mətbuat konfransında xoşagəlməz hadisə yaşanıb.

Sport7.az xəbər verir ki, niderlandlı UEFA nümayəndəsi azərbaycanlı xanım tərcüməçini tədbirdən kənarlaşdırıb. Buna səbəb tərcüməçinin sualları Azərbaycan dilindən ingilis dilinə və əksinə düzgün tərcümə edə bilməməsi olub. Üstəlik tərcüməçinin uelsli ulduz Qaret Beyli tanımaması qonaq federasiya rəsmisini özündən çıxarıb. Nəticədə bu durumdan narazı qalan qonaqlar tərcüməçinin mətbuat konfransından kənarlaşdırılmasını tələb ediblər. 
 
Bundan sonra AFFA öz tərcüməçisini mətbuat konfransına göndərməli olub.
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR