UFC 249 ləğv olundu

UFC 249 ləğv olundu

Aprelin 18-də keçirilməli olan UFC 249 koronavirus pandemiyası səbəbindən ləğv edilib.

Sport7.az xəbər verir ki, bu barədə təşkilatın prezidenti Deyna Uayt məlumat verib:

"Biz turniri təşkil etməyə hazır idik. Amma bizə elə bir yerdən zəng gəldi ki fikrimizi dəyişməli olduq. Turniri ləğv etməli olduğumuz deyildi".

Daha əvvəl UFC 249-un Kaliforniya ştatının Lemur şəhərində yerləşən "Tachi Palace Casino Resort" arenasında keçiriləcəyi açıqlanmışdı. Kompleks Santa-Roza hind icmasının ərazisində yerləşirdi.

UFC 249-la yanaşı, təşkilatın növbəti turnirləri də təxirə salınıb.

Qeyd edək ki, UFC 249-un əsas döyüşündə Toni Ferqyuson və Castin Qetji üz-üzə gəlməli idi. Həbib Nurməhəmmədov koronavirus pandemiyası səbəbindən Ferqyusonla döyüşməkdən imtina etmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR