Ufuk Budak millimizə “YOX” dedi

Ufuk Budak millimizə “YOX” dedi
Türkiyənin I Liqa klubu "Samsunspor”un futbolçusu Ufuk Budak Azərbaycan milli komandasının mart toplanışında iştirak edə bilməyəcək.

Sport7.az xəbər verir ki, bu barədə "Report” Türkiyə KİV-ə istinadən məlumat yayıb.

Çempionatın XXVII turunda səfərdə "Qaziantepspor”a 1:2 hesabı ilə uduzduqları görüşdə qasıq nahiyyəsində problem yaranan 28 yaşlı sol cinah müdafiəçisi yığmanın düşərgəsinə gələ bilməyəcəyi üçün üzrxahlıq edib.

Onun zədə üzündən martın 18-də "Boluspor”la səfər matçında da iştirak etməyəcəyi bildirilir. Budakın aprelin 1-də XXIX turda "Adanaspor”la səfər oyununda oynaya biləcəyi ehtimal edilir.
 
Qeyd edək ki, daha əvvəl Türkiyə mətbuatı Qurban Qurbanovun Ufuk Budakı martın 23-də Belarus, 4 gün sonra isə Makedoniya yığmaları ilə keçiriləcək yoldaşlıq oyunları üçün milliyə dəvət etdiyini yazıb.
 
Sport7.az
 

Xəbər lenti