Ukrayna Avropa çempionatına vəsiqəni təmin etdi

Ukrayna Avropa çempionatına vəsiqəni təmin etdi

Ukrayna millisi Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən matçda Portuqaliyanı 2:1 hesabı ilə məğlub edib.

Bu qələbə sayəsində Ukrayna Avropa çempionatına vəsiqəni təmin edib. Hazırda B qrupunda 19 xalla birinci sırada qərarlaşan Andrey Şevçenkonun yetirmələri ən yaxın izləyicisi Portuqaliyanı 8 xal qabaqlayırlar.

Ukrayna üçüncü dəfə Avropa çempionatında iştirak edəcək.

Qeyd edək ki, daha əvvəl Belçika, Rusiya, İtaliya və Polşa yığmaları seçmə mərhələdən Avro-2020-yə vəsiqə qazanmışdılar.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR