Ukrayna çempionatında qəribə hadisə baş verib- VİDEO

Ukrayna çempionatında qəribə hadisə baş verib- VİDEO
Futbol üzrə Ukrayna çempionatının II Divizionunda qəribə hadisə baş verib.

Sport7.az xəbər verir ki, V tur çərçivəsində keçirilən "Enerqiya” - "Mir” görüşünün 82-ci dəqiqəsində baş hakim Pavel Salnikov qonaqların qapısına penalti təyin edib.

Meydan sahiblərinin kapitanı Roman Boçak 11 metrlik zərbəni dəqiq yerinə yetirib və hesabı bərabərləşdirib – 3:3. Lakin referi yan xətt hakimi ilə məsləhətləşdikdən sonra qolu saymayıb və "Mir”in lehinə sərbəst zərbə qərarı verib.

Yerli mətbuat olayı "penaltinin sirli şəkildə yoxa çıxması” adlandırıb.

Qeyd edək ki, oyun "Mir”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. (Report.az)
 

 
Sport7.az

Xəbər lenti