Komandada koronavirus aşkarlandı - Oyun təxirə salındı

Komandada koronavirus aşkarlandı - Oyun təxirə salındı

Futbol üzrə Ukrayna Premyer Liqasında (UPL) XXIV turun "Karpatı" - "Mariupol" oyunu təxirə salınıb. 
 
Sport7.az xəbər verir ki, səbəb Lvov təmsilçisinin bəzi futbolçuları və əməkdaşlarının koronavirus testlərinin müsbət nəticə verməsidir.
 
Bu barədə məlumatı yarışın rəsmi saytı yayıb.
 
Onlar özünütədric rejiminə keçiriliblər və hamısında xəstəliyin simptomsuz yayıldığı bildirilib. Klub dərhal UPL rəhbərliyini bilgiləndirib.

Qeyd edək ki, UPL bu gün bərpa olunacaq. Görüş mayın 31-nə nəzərdə tutulurdu. Qarşılaşmanın gələcək taleyinə dair qərar tezliklə veriləcək.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR