Ukraynalı futolçular dünya çempionu oldu

Ukraynalı futolçular dünya çempionu oldu

U-20 komandaları arasında bu il keçirilən dünya çempionatının qalibi müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, sayca 22-ci olan yarışın Polşanın Lodz şəhərində baş tutan final matçında Ukrayna Cənubi Koreya ilə qarşılaşıb. Bu görüşdə rəqibini 3:1 hesabı ilə məğlubiyyətə uğradan Ukrayna dünya çempionu adını qazanıb. Ukraynadan 24 və 52-ci dəqiqələrdə Vladislav Supriaha, 89-da Georgi Titaşvili fərqlənib. Cənubi Koreyanın yeganə qolunu isə 5-ci dəqiqədə Kanq İn Li rəqib qapısından keçirib. Matçın ardından mükafatlandırma mərasimi keçirilib, FİFA prezidenti Canni İnfantino koreyalıları medallarına, ukraynalıları isə kuboklarına qovuşdurub.
 
Kanq İn Lİ turnirin ən yaxşı futbolçusu, "Real"da forma geyən ukraynalı Andrey Lunin ən yaxşı qapıçı seçilib. Çempionat ərzində 9 dəfə qapıların torunu silkələyən norveçli Erlinq Haland isə "Qızıl buts" mükafatına layiq görülüb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR