Ulduz futbolçu

Ulduz futbolçu "Borussiya"dan ayrıldı

Dortmund "Borussiya"sı yarımmüdafiəçi Andre Şürrle ilə yollarını ayırıb.

Sport7.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. 29 yaşlı hücumameyilli oyunçu ilə gələn ilin yayına qədər olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
"Borussiya" Şürrleni 2 milyon avroya satmaq istəsə də, bu arzusu baş tutmayıb və ona azad agent statusu verməli olub.

"Borussiya"ya 2016-cı ildə "Volfsburq"dan transfer olunan Andre Şürrle 2019/20 mövsümünü icarə əsasında Moskva "Spartak"ında keçirib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR