"Ulduzlar oyunu"nun yeni formatı NBA rəhbərliyi tərəfindən bəyənilib

NBA rəhbərliyi 2021-ci ildə keçirilməsi planlaşdırılan "Ulduzlar oyunu"nda da builki formatdan istifadə etmək fikrinə düşüb.

İlk dəfə 2020-ci ildə tətbiq olunan formata əsasən, dördüncü periodda zaman limitindən istifadə olunmamış və üç period sonunda irəlidə olunan komandanın xalının üzərinə 24 gəldikdə alınan xala ən tez çatan komanda qalib elan edilmişdi. Qeyd edək ki, dəyişiklik əfsanəvi basketbolçu Kobi Brayantın (onun forma nömrəsi 24 idi - Sport7.az) vəfatı ilə əlaqədar idi.

ESPN-in xəbərinə görə, oyunçular və azarkeşlərin yeni formatı bəyənməsi NBA-nı bu barədə düşünməyə vadar edib. "Ulduzlar oyunu"ndan sonra liqa rəhbərliyi arasında iclas keçirilməyib. Bununla belə, uğurlu formatın davamının tərəfdarı olan rəsmilərin çoxluq təşkil etdiyi bildirilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR