Universiada ruslara bu qiymətə başa gələcək

Universiada ruslara bu qiymətə başa gələcək

Yekaterinburqda 2023-cü ildə keçiriləcək Ümumdünya Yay Universiadasının hazırlığına sərf ediləcək vəsaitin miqdarı təsdiqlənib.

Sport7.az xəbər verir ki, bu haqda TASS informasiya agentliyi məlumat yayıb. "Universiada-2023”ün təşkili üçün xərclərin 21,3 milyard rubl həcmində planlaşdırıldığı vurğulanıb. Bundan əvvəl, yarışa hazırlıq proqramının həyata keçirilməsi üçün ümumi vəsaitin 64,7 milyard rubl olacağı bildirilmişdi.

XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində təşkil olunacaq. Ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR