Universiadada ilk

Universiadada ilk "qızıl"ı qazandıq

İtaliyanın Neapol şəhərində 30-cu Yay Universiadası keçirilir.

Sport7.az xəbər verir ki, 17 idman növünün təmsil olunduğu turnirdə bu gün idman gimnastikası ürzə  final yarışları baş tutub. Qadın idman gimnastımız Marina Nekrasova  dayaqlı tullanma hərəkətlərinə görə 14 tam xal toplayaraq, qızıl medal qazanıb. 

Kişilərin yarışında isə gimnastımız İvan Tixonov çoxnövçülükdə mübarizə apararaq, 79.600 xalla 11-ci yerdə qərarlaşıb. Bir neçə gün sonra isə Universiada çərçivəsində bədii gimnastika üzrə start götürəcək yarışlarda ölkəmizi Zöhrə Ağamirova təmsil edəcək.
 
Yarışlarda 28 ölkədən 51 idmançı iştirak edib.
 
Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR