Uruqvay DÇ-2018 üçün ilkin heyətini açıqlandı

Uruqvay DÇ-2018 üçün ilkin heyətini açıqlandı
Uruqvay millisinin DÇ-2018 üçün heyəti açıqlanıb.

Sport7.az xəbər verir ki, bu barədə Uruqvay Futbol Federasiyasının rəsmi "Tvitter" səhifəsi məlumat yayıb. 

Siyahıda aşağıda adları qeyd olunan futbolçular yer alıb:
 
Qapıçılar: Fernando Muslera (" Qalatasaray"), Martin Silva (" Vaska da Qama), Martin Kampanya (" İndependente")

Müdafiəçilər: Dieqo Qodin, Xose Himenes (hər ikisi "Atletiko"), Sebastyan Koates (" Sportinq"), Maksi Pereyra ("Portu"), Qaston Silva (" İndependente"), Martin Kaseres (" Latsio"), Qilermo Varela ("Penyarol")

Yarımmüdafiəçilər: Naitan Nandes ("Boka Xuniors), Lukas Torreyra, Qaston Ramires (hər ikisi "Sampdoriya"), Matias Vesino (" İnter"), Federiko Valverde (" Deportivo"), Rodriqo Bentankur (" Yuventus"), Karlos Sançes, Xonatan Urretaviskayya (hər iki – "Monterrey"), Corcian De Arraskaeta (" Kruzeyru"), Dieqo Laksalt ("Cenoa"), Kristian Rodriqes (" Penyarol"), Nikolas Lodeyro (" Siyetl Sonders")

Hücumçular: Kristian Stuani (" Jirona"), Maksi Qomes (" Selta"), Edinson Kavani (PSJ), Luis Suares (" Barselona")

Qeyd edək ki, 26 futbolçudan 23-nün adı yekun heyətə salınacaq.
 
Sport7.az

 

Xəbər lenti