US Open: 15 yaşlı Qauff və sabiq çempion Stosura

US Open: 15 yaşlı Qauff və sabiq çempion Stosura "wild card" verildi

Kori Qauffa "US Open"də iştirak etməsi üçün "wild card" verilib.

15 yaşlı tennisçi cari mövsümün gedişində artıq dördüncü dəfədi ki, xüsusi dəvətə layiq görülür. "Kapriati qaydası"na görə, bu say üçü keçməməlidi.

Qauffla yanaşı, qadınlarda Ketrin Maknelli, Kristi An, Françesko Di Lorentso, Vitni Osiqve, Keyti Volınets, 16 yaşlı Dian Parri və 2011-ci ildə turnirin qalibi olan Samanta Stosur "wild card" sayəsində "US Open"də birbaşa final mərhələsindən mübarizəyə qoşulmaq imkanı əldə ediblər.

Betani Mattek-Sends və Şelbi Rocers dəvət hesabına təsnifat mərhələsində qüvvələrini sınayacaqlar.

Kişilər arasında isə Cek Sok, Kristofer Yubenks və Byorn Fratancelo "wild card"a layiq görülüblər.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR