US Open: Osaka 1/8 finalda dayandı, Andreesku yoluna davam edir

US Open: Osaka 1/8 finalda dayandı, Andreesku yoluna davam edir

"US Open"də qadınların mübarizəsində 1/8 final mərhələsinə yekun vurulub.

WTA-nın reytinq cədvəlində birinci olan Naomi Osaka Belinda Bençiçə uduzub. Bianka Andreesku Teylor Taunsendi mübarizədən kənarlaşdırıb.

Eliza Mertens Kristi Andan güclü olub. Mərhələ adlayanlar sırasında üç setlik mübarizənin sonunda Yuliya Qörqesi məğlub edən Donna Vekiç də var.


US Open (Böyük dəbilqə)

Nyu-York, ABŞ

1/8 final

Eliza Mertens (Belçika) - Kristi An (ABŞ) - 2:0 (6:1, 6:1)

Bianka Andreesku (Kanada) - Teylor Taunsend (ABŞ) - 2:1 (6:1, 4:6, 6:2)

Belinda Bençiç (İsveçrə) - Naomi Osaka (Yaponiya) - 2:0 (7:5, 6:4)

Donna Vekiç (Xorvatiya) - Yuliya Qörqes (Almaniya) - 2:1 (6:7, 7:5, 6:3)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR