US Open: Şarapova və Serena ilk mərhələdə qarşılaşacaqlar

US Open: Şarapova və Serena ilk mərhələdə qarşılaşacaqlar

Mövsümün sonuncu "Böyük dəbilqə" turniri olan "US Open"in püşkü atılıb.

Püşk birinci mərhələdə Serena Vilyams və Mariya Şarapovanı bir-birinə rəqib edib. Onlar ilk dəfə "US Open"də qarşılaşacaqlar.

Sonuncu dəfə Şarapova və Serena 2016-cı ildə, "Australian Open"in finalında üz-üzə gəlmişdilər. Amerikalı tennisçi matçdan qalib ayrılmışdı. Ümumiyyətlə, ikili arasında görüşlərdə Serenanın 19:2 üstünlüyü var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR