"US Open"də Cokoviç - Federer yarımfinalı ola bilər

"US Open"in püşkatma mərasimi baş tutub.

Yuxarı çərəkdə yer alan, turnirin bir nömrəli favoriti Novak Cokoviç ilk mərhələdə Roberto Karbalyes Bayena ilə qarşılaşacaq. Serb tennisçi ikinci mərhələdə Sem Kuerri ilə üz-üzə gələ bilər. Eyni çərəyə düşən Daniil Medvedyev (5) "US Open"ə Pracneş Qunnesvaranla oynayacağı matçla start verəcək.

Rafael Nadalın (2) ilk rəqibi Con Millman olacaq. Rocer Federer (3) təsnifatdan gələcək tennisçini gözləyəcək. İsveçrəli raketka ustası yarımfinalda Cokoviçlə qarşılaşa bilər.

"US Open" 26 avqustda start götürəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR