"US Open"də Medvedyev - Nadal finalı olacaq

Mövsümün sonuncu "Böyük dəbilqə" seriyalı turniri olan "US Open"də kişilərin mübarizəsində yarımfinal mərhələsinə yekun vurulub.

Qriqor Dimitrova set verməyən Daniil Medvedyev Marat Safindən sonra "Böyük dəbilqə" turnirində finala yüksələn ilk rus tennisçi olub. Onun həlledici görüşdəki rəqibi isə Rafael Nadal olacaq. İspan raketka ustası Matteo Berrettinini 3:0 hesabı ilə məğlub edib.


US Open (Böyük dəbilqə)

Nyu-York, ABŞ

Yarımfinal

Daniil Medvedyev (Rusiya) - Qriqor Dimitrov (Bolqarıstan) - 3:0 (7:6, 6:4, 6:3)

Rafael Nadal (İspaniya) - Matteo Berrettini (İtaliya) - 3:0 (7:6, 6:4, 6:1)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR