Useyn Bolt "Borussiya" ilə məşq etdi - FOTOLAR

Useyn Bolt
Dünya rekordçusu, sabiq atlet Useyn Bolt Almaniya Bundesliqasının təmsilçisi Dortmund "Borussiya"sı ilə məşqlərə başlayıb.
 
Sport7.az xəbər verir ki, "arılar"ın baş məşqçisi Peter Ştögerin rəhbərliyi altında məşqə çıxan Boltu 1400 tərəfdar canlı izləyib. 
 
Komanda ilə birlikdə qaçan və isinmə hərəkətləri edən Bolt, daha sonra Mario Götze və Türkiyə yığmasının sabiq futbolçusu Nuri Şahinlə paslaşıb. 8x8 şəklində kiçik qapılarla həyata keçirilən məşqdə sabiq atlet başla və penaltidən fərqlənməklə azarkeşlərin alqışını qazanıb. 
 
Ötən il karyersaını bitirmiş idmançı 1 saatlıq məşqin ardından azarkeşlərə avtoqraf paylayıb. 
 
Baş məşqçi Ştöger məşqdən sonra verdiyi açıqlamada Useyn Boltun futbola uyun olduğunu və meydanda əyləndiyini bildirərək "Bolt istedadlıdı. Ancaq özünü yüksək səviyyədə qəbul etdirmək istəyirsə, daha çox iş görməlidi" sözlərini işlədib.
 
Götze isə Boltun meydanda özünü yaxşı hiss etdiyini deyib: "Çox yaxşı oldu. Onun uyğunlaşmasına nail olduq. mükəmməl fəaliyyətdi".
 
Olimpiyadalarda 8, dünya çempionatlarında isə 11 qızıl medal qazanan sabiq sprinter, kişilər arasında 100 (9.58 saniyə) və 200 (19.19 saniyə) metr məsafələrə qaçış rekorduna malikdi.
 




 
 
Sport7.az

Xəbər lenti