Utanmayın, Elxan bəy, Əmirə yalvarın!

Utanmayın, Elxan bəy, Əmirə yalvarın!

Elxan Məmmədovun AFFA-ya qədəm basmasından sonra zaman-zaman milimizə bir çox faydasız legionerlər, "milliləşdirilmiş" futbolçular sırımasını bütün futbol ictimaiyyəti gördü. "Qara qızıl"dan gələn pulları mənasız layihələrə, lazımsız legionerlərə, sağa-sola xərcləyən, daha doğrusu havaya sovuran Məmmədovun başçılıq etdiyi qruplaşma hələ ki, bu ənənəni pozmaq niyyətində deyil. 

"Xəbər verdiyimiz kimi, AFFA hazırda Yunanıstanın "Atromitos" klubunda çıxış edən futbolçu Əmir Ağayevin Azərbaycan milli komandasında çıxış edə bilməsi üçün müvafiq qaydada FIFA-ya müraciət ünvanlayıb. Hazırda məsələyə FIFA-nın müvafiq komissiyasında baxılır və AFFA ilə FIFA arasında zəruri sənədlərin dövriyyəsi davam edir. Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də və 8-də keçirəcəyi oyunlara hazırlıq məqsədilə təlim-məşq toplanışına artıq avqustun 27-dən etibarən start verilməsi və yuxarıda qeyd olunan məsələ ilə bağlı FIFA tərəfindən hələ ki yekun qərarın qəbul olunmaması nəzərə alınaraq, Əmir Ağayev millimizin hazırda davam edən təlim-məşq toplanışında iştirak etməyəcək". Bu məlumat AFFA-nın rəsmi saytında yer alıb. Aşikardı ki, indi də Elxan Məmmədov Riad Rəfiyevlə birlikdə "Sumqayıt"ın sabiq futbolçusu Əmir Ağayevə yalvarır. Bəli, məhz YALVARIRLAR! Çünki bu situasiyaya başqa ad vermək mümkün deyil. Heç də qeyri-adi bacarığa sahib olmayan, sıradan futbolçu təsiri bağışlayan Ağayev isə bir müddət öncə verdiyi müsahibədə "damarımda israilli qanı axır" deməklə hansı fikirdə olduğunu ictimaiyyətə çatdırmışdı.

Bəli, axtarsalar Azərbaycanda Əmirdən də yaxşı oynayan futbolçular tapmaq, lap istəsələr yetişdirmək də mümkündü. Amma bu nə Məmmədova, nə də "Sumqayıt"ın menecer prezidenti Riad bəyə sərf edir. Çünki bizneslərində problem yaranar. Ona görə də hər iki funksioner damarında israilli qanı axan futbolçuya yalvarmaq, hətta, yeri gəlsə, öz işlərini aşırmaq naminə onun qarşısında diz çökməyə belə hazırdılar. Buna şübhəm yoxdu.

Millinin heyəti açıqlanandan sonra məlum oldu ki, AFFA-nın vaxtilə milyonlar verdiyi Dimitri Nazarovla Eddi İsrafilov təlim-məşq toplanışına qoşulmayacaq. Aydındı, onlar üçün Azərbaycan millisinin o qədər də önəmi yoxdu. Kefləri nə zaman istəsə gəlib qoşulacaqlar, oynayacaqlar. Amma təəssüf ki, bunlar Elxan bəyə dərs olmadı. Heç şübhəsiz ki, Əmir Ağayev də bir gün onlar kimi edəcək. Buna əminəm. Ancaq Elxan bəylə Rəfiyev utanmasalar Əmirin ətəyindən tutub arxasınca da sürünərlər... Utanmayın Elxan bəy, utanmayın, gedin yalvarın, yapışın əmirlərin ətəyindən, sırıyın millimizə. Təki işləriniz yağ kimi getsin!
 
Səbuhi Həsənov 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR