“Uypeşt” üçün yolun sonu

“Uypeşt” üçün yolun sonu
Dünən axşam Avropliqasında II mərhələnin ilk oyunları keçirildi.

Sport7.azxəbər verir ki, azərbaycanlı futbolsevərlərin diqqəti daha çox üç qarşılaşmanın üzərində yönəlmişdi.

Söhbət ilk mərhələdə Azərbaycan klublarının yolunu kəsər "Uypeşt”, "Baltsan” və "Proqres”dən gedir. Bu komandaların iştirakı ilə keçən oyunlarda fərqli nəticələr qeydə alınıb. Təxmin etmək çətin deyil ki, sabiq rəqiblərimizin mərhələ adlamaq şansı azdı.

"Neftçi”nin qapısına 4 cavabsız top vuran "Uypeşt” özü də səfərdə eyni aqibətlə üzləşib.
 
"Sevilya” Macarıstan təmsilçisini dörd dəfə meydanın mərkəzinə dəvət edib. Cavab qarşılaşmasında "Uypeşt”in bu məğlubiyyətin əvəzini çıxacağı inandırıcı görünmür.

"Proqres” isə "Qəbələ” ilə oyunda olduğu kimi, yenə də 0:1 hesabıyla uduzub. Macarıstanın "Honved” komandası Lüksemburqdan gələn qonaqları son dəqiqələrdə məyus edə biliblər. Cavab görüşündə macarlar favorit hesab olunacaqlar.

"Baltsan” isə Maltada növbəti qələbəsinə sevinib. "Keşlə”nin xətrinə dəyən maltalılar bu dəfə "Slovan”ı 2:1 hesabıyla məğlub ediblər. Səfərdə vurduğu qol Bratislavadakı görüşdə "Slovan” üçün həlledici ola bilər.

Sport7.az

Xəbər lenti