"Uzun müddət pandemiya ilə əlaqədar məşq etmədik" - Millimizin baş məşqçisi

Qadınlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Varşada keçirilmiş Polşa – Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Siyasət Əsgərov fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, Əsgərov 0:3 hesablı məğlubiyyətə belə izah verib: "İlk öncə rəqib komandanı təbrik edirəm və gələcək oyunlarda onlara uğurlar arzu edirəm. Uzun müddət pandemiya ilə əlaqədar məşq etmədik. Bir çox ölkələrdə çempionat dayandırıldıığından legioner futbolçularımızın oyun təcrübəsinin olmaması oyuna öz təsirini göstərdi. Buna baxmayaraq, komandanın oyunundan razıyam. Bu qədər çatışmazlığa rəğmən, komanda həqiqətən xarakter nümayiş etdirdi”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR